Sabirabad şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə saat 18:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 43-cü km-də olub.
"90-NN-718” dövlət qeydiyyat nişanlı BMV markalı minik maşını idarəetməni itirərək dirəyə dəyib, daha sonra yol kənarındakı hasara çırpılıb.
Qəza zamanı 2 nəfər dünyasını dəyişib. Fakt araşdırılır/Report.