Seymur Verdizadə
***
Azərbaycan Xalq Cümhuriyyəti bir gündə, bir ayda qurulmadı. O kişilər müstəqiı dövlət qurmaq üçün illırini, hətta ömürlərini qurban verdilər. O kişilər bu kişilərdən deyildilər...
Böyük öndər Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın istiqlalı naminə ailəsindən, canından çox sevdiyi övladlarından keçib. Rəsulzadə ömrünü Ankaranın Sakarya prospektindəki çoxmərtəbəli binaların birinin zirzəmisində başa vurub. Onun yaşadığı evə heç vaxt gün düşməyib.
M.Ə.Rəsulzadənin yaxın dostları, silahdaşları da onunla eyni taleyi bölüşüblər. AXC dövründə üç dəfə Baş nazir postunu tutmuş Fətəli xan Xoyski ömrünü sıxıntı içərisində başa vurub. 1920-ci il iyun ayının 19-da Tiflisdə muzdlu erməni qatilləri tərəfindən öldürülən Xoyskinin cəsədini məscidə aparan adamlar kədərli mənzərə ilə qarşılaşıblar: keçmiş Baş nazirin corabları cırıq olub...
Cümhuriyyət dövründə Maarif naziri, Daxili işlər naziri, Baş nazir postlarını tutmuş Nəsib bəy Yusifbəylinin yaşamağa ortabab evi belə olmayıb. Nəsib bəy Baş nazir olanda da atasından xərclik alırmış. 1920-ci il may ayının 31-də bolşevik xəfiyyələri onu Kür qırağında qətlə yetirəndə çantasından bir ədəd diş fırçası, diş pastası, bir ədəd sabun və paltar təmizləmək üçün şotka çıxıb...
O vaxt nazirlər qəpik-quruşla dolanıblar, indiki kimi beş-altı min manat maaş almayıblar. Amma heç vaxt xalqın malına tamah salmayıblar...
Bəlkə də "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ətrafında başlayan müzakirələr intensiv xarakter almasaydı, tarixə ekskursiya etməyə ehtiyac qalmayacaqdı. Ölkə başçısı tərəfindən "Cümhuriyyət medalı" ilə təltif olunanların arasında xeyli layiqli namizəd var. Yerigəlmişkən, onların hər birini ürəkdən təbrik edirəm. Amma elə adamlar da var ki, onların ümumiyyətlə məsələnin mahiyyətindən xəbərləri yoxdur.
Götürək, deputat Araz Əlizadəni.
Araz bəyin reaksiyası təxminən belədir: "Rəsulzadə də bakılıdır, mən də. Mənə də medal düşür".
Sosial şəbəkə iştirakçılarını Araz bəyin bakılı, şəkili söhbəti etməsindən daha çox indiyə kimi sərgiləmiş olduğu mövqe qıcıqlandırır. Prezidentin səxavəti sayəsində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalını sinəsindən asan Araz bəy indiyə kimi AXC-nin qurucularıyla bağlı bir kəlmə xoş söz danışmayıb. Əksinə, həmişə qaralama mövqeyi tutub. Əlində tutduğu medalın parıltısı sizi aldatmasın, bu adam aşağılamaqda, qaralamaqda bir nömrədir...
Qeyd edək ki, sosial şəbəkə iştirakçılarının "Cümhuriyyət medalı" almış şəxslərdən gözləntiləri böyükdür. Virtual məkanın sakinləri medal alan adamlardan tələb edirlər ki, Bakıda M.Ə.Rəsulzadəyə abidə ucaldılmaslyla bağlı məsələ qaldırsınlar.
Modern.az saytı bu təkliflə çıxış edənlərin sayının artdığını nəzərə alaraq, bir neçə medalçıdan fikir öyrənib.
Deputat Cavid Osmanovun məsələyə münasibəti belə olub: "Məni bu məsələlərə qarışdırmayın. "Cümhuriyyət medalı"nı mənə cənab Prezident verib. Bizim fəaliyyətimizi dəyərləndirdiyi üçün Allah Prezidentimizin canını sağ eləsin. Bu təktif mənimçün olduqca xoş oldu. Mən dövlətimizə, xalqlmıza, mənsub olduöum Yeni Azərbaycan Partiyasına daim sədaqətlə qulluq edirəm. Amma qeyd etdiyiniz mövzu mənim üçün MARAQLI DEYİL, MARAQLANMIRAM".
Təklf edirəm ki, növbəti təltifetmə mərasimində o deputata medal yox, "pedal" versinlər. Bəlkə bir az yavaşıdı. Amma gərək çaşıb "tormoz"un əvəzinə qazı basmasın...
Moderator.az