Neftçala rayonunda yol qəzası baş verib.
Hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, "Mercedes” markalı avtomobil aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır/Report.