Oğuz rayonunda 3 tondan artıq narkotik bitki məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında yabanı halda bitmiş 3 ton 144 kq narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.