Dənizkənarı Milli Parkda 2 nəfər dənizə düşüb.

Mia.az FHN-ə istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.