Göyçay rayonunda yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Alpout kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.