Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2019-cu il iyul ayının 27-də Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini Gəncə şəhər Baş Polis İdarəsində qəbul edəcəkdir.
 
Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumatına görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
 
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.