Hacıqabul rayonunun Qızılburun kəndində "Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovozun mühərriki və kabinə hissəsi 40 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, elektrovozun qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.