26 iyun - Azərbaycan Silahlı Qüvvələr günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyət nümayəndələri Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsinə səfər edərək xidmət edən əsgər və zabitlərlə görüşüblər.
İH-dən Mia.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə getmiş qonaqlar hərbi hissəsnin komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə olmuş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmışlar.
Sonra 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Goranboy rayonundakı «N» saylı hərbi hissə ilə birgə bayram tədbiri keçirilib.