Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom”) sədri Rövşən Rzayev BMT-yə müraciət edib.
Mia.az xəbər verir ki, Komitə sədri müraciətində Ermənistanı öz işğal siyasətindən əl çəkməyə çağırıb: "Mən BMT-nin bütün qurumlarına müraciət edərək bildirmək istəyirəm ki, biz BMT-nin 4 qətnaməsinin mexanizmini araşdırmalıyıq. İşğalçı Ermənistan öz işğal siyasətindən əl çəkməlidir. Biz işğalçılara və onlara dəstək verənlərə səslənməliyik. Çünki hər bir insanın layiqli həyat yaşamaq hüququ var”.