Daxili İşlər Nazirliyi (DİN) Neftçala rayonunun Astanlı kəndi ərazisində baş verən güllələnmə ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, iyunun 19-da Neftçala rayonunun Astanlı kəndi ərazisində kənd sakini M.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ş.Fərzəliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Ş.Fərzəliyev xəstəxanaya yerləşdirilib.
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-63” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.