Gəncə şəhərində qətl hadisəsi baş verib.
Elnur Alıyev adlı sakin çay evlərindən birində mübahisə zəminində bıçaqlanıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Məlumata görə, E.Alıyev 1 manat üstündə tanışı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb.
E.Alıyev Gəncədə tanınmış kikboksinq ustası İlqar Alıyevin oğludur.
Məlumatı oxu.az saytı yayıb.