Şabran Rayon Polis İdarəsinin keçmiş rəisi Əli Mərdanov "Azərişıq” ASC-də vəzifəyə təyin olunub.
Mia.az APA-ya istinadla xəbər verir ki, Ə. Mərdanov "Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Ə. Mərdanov daxili işlər orqanlarında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.