İyunun 9-da Azərbaycanda 3,4 maqnituda gücündə zəlzələ olub.
Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 22:23-də Bərdə stansiyasından 9 km qərbdə - Tərtər rayonunda qeydə alınıb.
Ocağı 26 km dərinlikdə yerləşən yeraltı təkanlar hiss olunmayıb.