Qazax rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon Ağköynək kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı bir neçə nəfərin xəsarət aldığöı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.