Bakının iki qəsəbəsində su olmayacaq.
Mia.az "Azərsu” ASC-yə istinadla bildirir ki, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar iyunun 3-də gün ərzində Suraxanı rayonu Qaraçuxur və Zığ qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.