Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması,  sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub.

Mia.az xəbər verir ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanıb və bir sıra tədbirlər həyata keçirilib.

Belə tədbirlərdən biri də  rayon ərazisində yerləşən "KOALA”  istirahət və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan  uşaqlar üçün bayram tədbiri olub.

Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən 11 və 268 nömrəli  xüsusi məktəblərdə təhsil  alan   uşaqlara  nahar süfrəsi açılıb, hədiyyələr verilib. 

Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənləniblər.