Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın başlayıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində Fikrət Məcid oğlu Abdullayevə məxsus taxıl zəmisində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər gedir.

Hadisə şahidlərinin bildirdiyinə görə, taxıl biçini işləri aparılarkən kombaynın əsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.