Avropa Liqasının final matçı üçün paytaxta süvari polislərdən ibarət patrullar səfərbər olunub. 

Mia.az Oxu.az-a istinadən xəbər verir ki, süvarilər şəhərin mərkəzi küçələrində görünüblər. 

Qeyd edək ki, İngiltərənin "Arsenal” və "Çelsi” klubları arasında keçiriləcək matç Bakının Olimpiya Stadionunda yerli vaxtla 23:00-da başlayacaq. Azərbaycan DİN bundan əvvəl final matçı ilə əlaqədar hüquq-mühafizə orqanları əməkdaşlarının mayın 31-nə kimi gücləndirilmiş iş rejimində işləyəcəyini bildirmişdi