Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışır.

Mia.az xəbər verir ki, oyunun gecə saat 1-də bitməsi nəzərə alınaraq, Gürcüstan və İran istiqamətində avtobus reyslərinin vaxtı gecə saat 3-ə qədər artırılıb, xəttə əlavə avtobuslar cəlb edilib.