Bakıda marşrut avtobusu velosiped sürən gənci öldürüb.

Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Xurşidbanu Natəvan küçəsində qeydə alınıb. 

Belə ki, 91 saylı marşrut xətti üzrə hərəkət edən avtobus, təxminən, 20-22 yaşlarında olan, hələlik şəxsiyyəti məlum olmayan gənci vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır/Report.