Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində partlayış nəticəsində kikboksinq üzrə dəfələrlə dünya çempionu Ramil Əhmədovun avtomobilinə ciddi ziyan dəyib.
Reyting.az Ukrayna mediasına istinadən bildirir ki, hadisə mayın 26-da gecə yerli vaxtla saat 3-ə yaxın baş verib.
"Partlayış səsinə oyandım. Qonşular avtomobilin yanında kiminsə hərləndiyini görüblər. Qumbara, yaxud detonatordan istifadə ediblər”, - Əhmədov deyib.
O, xiasediciləri və polis çağırıb.
Hüquq-mühafizə orqanları faktı qeydə alıblar və yaxın zamanda video müşahidə kameralarına baxılacaq.
Əhmədov kimin və hansı səbəbdən bu cinayəti törədə biləcəyini bilmir:
"Gözü götürməyənlər var, xüsusu düşmənim isə yoxdur”, - o, jurnalistlərə bildirib.
"Honda Accord” avtomobilinin bərpa olunacağı ehtimalı yoxdur.

Reyting.az