Paytaxtın Nəsimi rayonu ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində "Hyundai” və "Ford” markalı iki avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş H.Səfərov tutulub.