Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Cəfərov Lökbatan qəsəbəsi ərazisindən "Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Şahmərdanov qısa müddətdə Ələt qəsəbəsi ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.