Şəmkir rayonunda 24 yaşlı qızı bıçaqlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Şəmkir rayon sakini, 1995-ci il təvəllüdlü qıza bıçaqla xəsarət yetirən 1995-ci il təvəllüdlü Rövşən Abbasov saxlanılıb.
Hadisəyə şəxsi zəmində münaqişənin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.