Şəmkir rayonunun Düyərli kəndində iki maşının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb

Mia.az "Report"a istinadən bildirir ki, onlardan 5 nəfəri Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha 5-i isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılardan bəzilərinin adları da məlum olub. Bunlar Arzu Rüstəmov, Ruslan Hüseynov və 1992-ci il təvəllüdlü Dursun Əsgərovadır.

İlkin məlumata görə, qəzaya düşən maşınlardan biri istixanada çalışan işçiləri aparırmış.