Paytaxtın Nəsimi rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, cari il yanvarın 16-da paytaxtın Nəsimi rayonu ərazisindəki evlərin birindən 3200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini N.İsmayılov Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 22-ci Polis Şöbəsinə təhvil verilib.