"ASAN xidmət” və "ASAN Kommunal" mərkəzləri 9 May - Qələbə Günü ilə bağlı sabah işləməyəcək. 

Mia.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi açıqlama yayıb.

Bildirilib ki, mayın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.