Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Mia.az "Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Salyanda qəzaya düşən mikroavtobus Şirvandan Cəlilabada yarışa gedən 2005-2008-ci il təvəllüdlü şagirdləri aparırmış. Belə ki, "Mercedes markalı mikroavtobus idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb.
Qəza nəticəsində 1 şagird ölüb, 6 nəfər xəsarət alıb.