DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində əməliyyat tədbiri keçirib.
DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini A.İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 401qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.