Bu gün Bakının Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Mia.az "Azərsu” ASC-yə istinadən bildirir ki, fasilə Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilməsi ilə əlaqədardır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.