Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da Sumqayıt, Abşeron, Gəncə, Daşkəsən, Göygöl, Samux, Şamaxı, Naftalan, Goranboy, Yevlax, Şəki, Qəbələ, Oğuz, Bərdə, Ağdam, Tərtər, Kürdəmir, Zərdab, Ağsu, İmişli, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Xaçmaz və Şabranda yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.

Mia.az DİM-ə istinadən xəbər verir ki, imtahanda iştirak etmiş şagirdlər (39011 nəfər) DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.