Azərbaycanda öz say tərkibimizin möhtəşəm 10 000 000-luğunu qeyd etdiyimiz bu günlərdə İmişli rayonunda yaşayıb-yaradan yazıçı-publisist, respublikanın Əməkdar müəllmi Səxavət Tağların yeni nəvəsi dünyaya gəldi.
Ailənin sevincli anlarının şahidi olduq. Tanınmış pedaqoqun evində nəvə şirinliyinin tükənməz sevincini gözlərimlə gördük. İxtiyari olaraq məlum atalar misalı beynimdə dolandı:” Dövlətdə dəvə, övladda nəvə”…
…Baba-nənə sevinci nə qədər maraqlı, ürəkdəngələn və dəyərlidir.
Baba-Səxavət Tağlar:
- Çox sevincliyəm. Nəvəmi bu gün doğum evindən çıxarıb, öz evlərinə, öz ailələrinə apardıq. Ona ad da qoyduq: Uğur!
Kiçik övladımız Şəfəq xanımın ilk balasıdır. Uğurun şəninə bayram əhval-ruhiyyəsi yaşayırıq. Baba kimi onu həddən artıq istəyirəm. Allah saxlasın! Vətəninə, xalqına, dövlətinə, layiq bir övlad olsun.
Nənə- Aidə Tağıyeva:
- Üç nəvəmiz var: Şəbnəm, Zeynəb və Uğur! Onların hər biri bizə əzizdir. Uğurun bu dünyaya gəlişi sanlı günlərlədir. O günlərin hər birini nəvəmləyəm! Onun körpə qığıltısı dünyanın ən həzin bir musiqisidir. Balamın ilk balası, baldan şirin, gözlərimin nuru, sevimli Uğurum! Kişi kimi böyü, Vətənini sev, ata-ananı sev, sevgimizə layiq bir övlad ol! Qurban olum sənə!
Şəbnəm Baxışlı