Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Bakının 321 nömrəli tam orta məktəbinin xəsarət alan şagirdlə bağlı açıqlama yayıb.

Mia.az xəbər verir ki, o, hazırda Kliniki Tibbi Mərkəzinin 4- cu korpusunda olduğunu bildirib: "321 nömrəli məktəbin 7- ci sinif şagirdi Aqşin Hüseynzadənin yanındayam. Hazırda evlərinə gedir. Həkimlərin rəyinə görə sağlamlığı ilə bağlı xüsusi problem yoxdur". 

TN sözçüsü bildirib ki, araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək.