Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2019-cu il üçün əməkdaşlıq planına əsasən, Bakıda "Silahlı qüvvələrin maliyyə təminatı sahəsində təcrübə mübadiləsi” mövzusunda işçi görüşü keçirilib.
Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, tədbirdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxslərin və mütəxəssislərin çıxışları olub, qarşılıqlı fikir mübadiləsi aparılaraq qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib.