Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Mia.az xəbər verir ki, "Arsenal" İtaliyanın "Napoli" komandasını qəbul edib.
"Arsenal" ilk hissədə vurduğu iki qolla oyundan qalib ayrılıb - 2:0.
"Çelsi" isə Çexiyada "Slaviya"nı tək qolla məğlub edib - 0:1.
İspaniya təmsilçiləri "Vilyarreal" isə öz meydanında "Valensiya"ya uduzub - 1:3
"Benfika” isə səfərdə "Ayntraxt”ı məğlub edib - 2:4.
Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.