Aprelin 10-da saat 23 radələrində Şəki şəhərinin M.Ə. Rəsulzadə prospektində naməlum avtomobil yolu keçən şəhər sakini Oqtay Abdurəhimovu vurmuş və nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Mia.az DİN-ə istinadən xəbər verir ki, faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni Şəkidə məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımovun idarə etdiyi "VAZ 21-07 " markalı avtomobillə törətdiyi müəyyən olunub.
T. Qasımov saxlanılaraq idarə etdiyi avtomobillə birgə ŞRPŞ-nin İstintaq bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.