"Azərbaycan Prezidenti İlham Əliyevin çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi barədə fərmanla qanunvericiliyə dəyişikliklər edilib və bununla əlaqədar olaraq biz rəqəmsal formatın tətbiq olunmasını planlaşdırırıq".
Bunu Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
Onun sözlərinə görə, rəqəmsal formata keçid vətəndaşlarla məmurların ünsiyyətini tamamilə aradan qaldıracaq, eləcə də şəffaflığı artıracaq və bu prosesi sürətləndirəcək:
D.Dövlətxanov əlavə edib ki, yaxın gələcəkdə bu müsbət təcrübə ölkənin digər şəhər və regionlarında tətbiq olunacaq.