Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mia.az "Report"a istinadala xəbər verir ki, yolu keçmək istəyən iki qadını avtomobil vurub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stasiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.