Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri - 2006-ci il təvəllüdlü Həsənov Azər Nurəddin oğlu və 2007-ci il təvəllüdlü Kərimov Sərxan Əli oğlu xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.