Hər il mart ayının son şənbə günü dünyada qeyd olunan "Yer saatı” aksiyası ilə əlaqədar olaraq, "ASAN xidmət” mərkəzlərinin fasad işıqları 1 saatlıq söndürüləcək.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, aksiyaya uyğun olaraq məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülərək iqlim dəyişikliyinə diqqət çəkilir: "ASAN xidmət” olaraq bu il də xidmət mərkəzlərinin fasad işıqlarını 1 saatlıq söndürməklə bu hərəkata qoşuluruq".