Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib.

Bildirilib ki, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb: "Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub".

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 238 namizəd qeydiyyatdan keçib. 2 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 236 namizəddən 171 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.