İnsanın həyat fəaliyyətinin əsas kateqoriyalarının təsnifatları əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınacaq.
Bu, Nazirlər Kabinetinin"Əlilliyin müəyyən olunması meyarları" barədə qərarlayihəsində öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, insanın aşağıdakı əsas həyat fəaliyyəti kateqoriyaları əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınır:
1. Özünəqulluq bacarığı;
2. Sərbəst hərəkətetmə bacarığı;
3. İstiqamət seçmə bacarığı;
4. Ünsiyyət bacarığı;
5. Davranışına nəzarət etmə bacarığı;
6. Öyrənmə bacarığı;
7. Əmək fəaliyyəti bacarığı.
Sənəd 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.