Martın 26-da "Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində 381 zərərçəkən müəyyənləşib.
Mia.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında "Dilqas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov son vəziyyətlə bağlı danışarkən bildirib. A.Rəhimovun sözlərinə görə, sahibkarlara dəyən zərər yaradılmış Komissiya tərəfindən müəyyən olunacaq:
"Fövqəladə Hallar Nazirliyi yerində araşdırma aparacaq və onların rəyindən sonra binanın nə qədər dayanıqlı olması müəyyənləşəcək. Dayanıqlılıq normalara uyğundursa, təmir olunacaq. Yox, normalara uyğun olmayacaqsa, sökülərək, yenidən tikiləcək”.
Direktor müavini vəsaitin zərərçəkənlərə ödənilməsi prosesinə Komissiyanın rəyindən sonra başlanacağını deyib.