Xəbər verdiyimiz kimi, ötən gün futzal üzrə Yüksək Liqada 22-ci turun son oyununda "Yasamal” MFK – "Araz” klublarının görüşü keçirilməli idi. Amma "Yasamal” MFK təyin olunan vaxtda meydana çıxmadığı üçün qarşılaşma baş tutmayıb.
Mia.az unikal.org-a istinadən xəbər verir ki, klubun bu addımı atmasına səbəb maliyyə problemi yaşaması və federasiyanı baykot etməsidir.
Məlumatda bildirilir ki, klubun rəhbəri, kiçik bizneslə məşğul olan iş adamı Orxan Allahverdiyevi hələ yanvar ayında Azərbaycan Futzal Federasiyasının rəhbəri (AFF) Zaur Axundova müraciət edib. Ancaq qurumdan onlara konkret cavab verilməyib.