Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşına təcili tibbi yardım göstərilib.

Mia.az xəbər verir ki, bu barədə "Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

O qeyd edib ki,nazirliyin 1 əməkdaşıisə əlindən xəsarət alıb və o, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

P.Əbubəkirov qeyd edib ki, tibbi yardım briqadaları iki vətəndaşa da yardım göstəriblər:

"Yanğın səhər saatlarında baş verdiyində ticarət mərkəzində adam az olub, ona görə də xəsarət alan olmayıb. Əraziyə 6 təcili tibbi yardım briqadası cəlb olunub”.