"Elçin Babayevin Bakı Dövlət Universitetinə rektor təyinatından sonra iddia edənlər oldu ki, bu nüfuzlu ali məktəbə ilk dəfə olaraq elmlər namizədi rektor təyin olunur. Xatırladıram ki, E. Babayev Universitetin tarixində 3-cü elmlər namizədi rektordur".
Mia.az bildirir ki, bu sözləri təhsil üzrə ekspert Etibar Əliyev deyib.
Onun sözlərinə görə, əslində, bunu Universitetə 1965-ci illdə rektor təyin olunmuş fizika-riyaziyyat elmləri namizədi Mehdi Əliyevi xatırlamaq üçün açıqlayır: "Onu yüksək elmə və təşkilatçılıq bacarığına malik olan rektor kimi dəyərləndirirlər. Mehdi Əliyev Azərbaycan dilində dərslik, dərs vəsaitlərinin hazırlanması, fizika üzrə terminologiyanin tərtibi kimi işlərə xüsusi əhəmiyyət vermişdir. O, tələbələr üçün bir çox vacib dərslikləri (A.F.İoffe Molekulyar fizika kursu və s.) rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və ali məktəblər üçün Optika kursundan Azərbaycan dilində yazılmış ilk dərsliyin həmmüəllifi olmuşdur. Mehdi müəllim 1970-ci ilə qədər rektor vəzifəsində işləmişdir. Çox təəssüflər olsun ki, belə şəxsiyyətləri tez unuduruq".
Ekspert deyib ki, 1992-cü ildə isə BDU-ya hüquq elmləri namizədi Firudin Səməndərov rektor təyin olunub.