"Qərbi Kaspi Universitetindəki fəaliyyətimə son verdim".
Mia.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib.
Politoloq, eyni zamanda, qeyd edib ki, orada işlədiyinə görə "Atlas" Mərkəzinin işinə çox vaxt ayıra bilmirmiş: "Üstəgəl, bəzi məsələlərdə fikir ayrılığı var idi".
Xatırladaq ki, E.Şahinoğlu ötən ildən adıçəkilən universitetdə politologiya fənnindən dərs deyirdi.
Mia.az