Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 12-də Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.

Komitədən Mia.az-a verilən məlumata görə, qəbul Şamaxı rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə üzrə şöbə müdiri Rəhim Rəhimlidir. Əlaqə vasitələri: Mob: (050) 300 08 92, telefon: 020 265 33 04, elektron poçt ünvanları: info@scwra.gov.az , chairman@scwra.gov.az , dk-shamaxi@scwra.gov.az .