Paytaxtın "Bibiheybət” məscidindən şəhər istiqamətdə olan yolda təmir-bərpa işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a bildirilib ki, təmir-bərpa işləri sözügedən yolun təqribən 350 metrlik ərazisini əhatə edir.
İşlər çərçivəsində həmin hissədə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu işləri görülərək kipləşdirilir. Torpaq işləri bitdikdən sonra yola yeni asfalt-beton örtüyü döşənəcək. Bundan başqa, səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazidə yeni dəmir-beton küvetlər inşa ediləcək.
Əraziyə lazımi sayda qüvvə cəlb olunub. Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.